Menyu

“Azerbaijan Open” beynəlxalq dağ xizəyi turniri start götürüb

Operativ Media
“Azerbaijan Open” beynəlxalq dağ xizəyi turniri start götürüb

Azərbaycan Qış İdman Növləri Federasiyasının və “Şahdağ” Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə Beynəlxalq Xizək və Snoubord Federasiyasının təqviminə əsasən “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turniri start götürüb.

Operativ Media  xəbər verir ki, tədbirin açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, Qış İdman Növləri Federasiyasının prezidenti Fuad Nağıyev iştirak ediblər.

Turnirdə Azərbaycan, İsveçrə, Macarıstan, Sloveniya, Gürcüstan, Hon-Konq, Səudiyyə Ərəbistanı, Türkiyə, Nepal, Özbəkistan və Qazaxıstandan müxtəlif yaş kateqoriyasında olan 20 qadın idmançı iştirak edir. Yarışda ölkəmizi Anastasiya Papatoma təmsil edir.

Turnir yanvarın 10-na qədər davam edəcək. İdmançılar bu gün dağ xizəyinin slalom növündə yarışırlar. Növbəti günlərdə isə slalom və qiqant slalom növlərində mübarizə baş tutacaq.

Əlaqəli Xəbərlər