Papoyan: Azərbaycandan Ermənistana növbəti neft məhsulları göndərilib
Operativ Media
Azərbaycandan Ermənistana 1 000 ton Aİ-92 markalı benzin, eyni həcmdə dizel yanacağı və 1 800 ton Aİ-95 markalı benzinin göndərilib.
Operativ Media Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan bildirib.
"Bu dəfə Azərbaycandan Ermənistana premium sinif benzin, adi benzin və dizel yanacağı idxal olunub. İlkin qiymətləndirmələrə əsasən, gətirilən yanacağın qiyməti bazar qiymətindən təxminən 80 dram daha ucuzdur", - deyə o, qeyd edib.