"Qarabağ" daha bir kolumbiyalı futbolçu ilə güclənə bilər
“Qarabağ” Zaqreb “Dinamo”sunun futbolçusu Xuan Kordoba ilə maraqlanır.
Operativ Media “transferfeed.com”a istinadən xəbər verir ki, Ağdam klubu Xorvatiya təmsilçisinin 22 yaşlı kolumbiyalı vingerini heyətinə qatmağı planlaşdırır.
Bir müddətdir əsas komandadan kənarda qalan futbolçunun bu yay iki dəfə icarəyə verilməsi nəzərdə tutulsa da, bu keçidlər baş tutmayıb.
Belə ki, Kordobanın əvvəlcə “Sportinq Xixon”, daha sonra isə “Hyuston Dinamo”ya keçidi dizindəki problem səbəbindən tibbi baxışdan keçə bilməməsi ucbatından reallaşmayıb.
Buna baxmayaraq, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun 2024-cü ilin yayında UEFA Çempionlar Liqasının pley-off mərhələsində baş tutan oyunlarda futbolçunun çıxışından məmnun qaldığı və transferdə israrlı olduğu bildirilir.