Super Liqa klubu Fransa millisinin üzvünü transfer etdi
Operativ Media
“Fənərbağça” “Latsio”nun futbolçusu Matteo Genduzinin transferi ilə bağlı rəsmi açıqlama yayıb.
Operativ Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Fransa millisinin üzvü trasnfer danışıqlarını yekunlaşdırmaq və tibbi müayinədən keçmək üçün İstanbula yollanıb.
Bu transfer üçün “Fənərbağça” Roma təmsilçisinə 29 milyon avro ödəyəcək.
26 yaşlı yarımmüdafiəçi 2023-cü ilin avqust ayından “Latsio”nun formasını geyinirdi. O, bu mövsüm “Latsio”da 16 oyuna 2 qol vurub, 1 qol ötürməsi edib.