Menyu

"Fənərbaxça" klubu azərbaycanlı atletə vəzifə verdi

Operativ Media
"Fənərbaxça" klubu azərbaycanlı atletə vəzifə verdi

Azərbaycanlı yüngül atlet Ramil Quliyevə Türkiyənin “Fənərbaxça” İdman Klubunda vəzifə verilib.

Operativ Media xəbər verir ki, bu barədə İstanbul klubunun saytı məlumat yayıb. O, klubun Atletika Şöbəsinin yeni rəhbəri təyin edilib.

“Dünya və Avropa çempionu tituluna malik idmançımız Ramil Quliyev klubumuzun Atletika şöbəsinin yeni rəhbəri təyin olunub.

Klub binasında keçirilən imza mərasimində Atletika şöbəsinə cavabdeh İdarə Heyətinin üzvü Ozan Vural və Həvəskar şöbələr üzrə koordinator Yüksəl Seçkin Saruhan da iştirak ediblər.

Yeni şöbə rəhbəri Ramil Quliyevə fəaliyyətində uğurlar arzulayır, bu təyinatın klubumuz və Atletika şöbəmiz üçün xeyirli olmasını diləyirik” - deyə rəsmi məlumatda bildirilir.

Əlaqəli Xəbərlər