"Latsio" serbiyalı hücumçu ilə gücləndi
Operativ Media
İtalyanın "Latsio" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirib.
"Qartallar" "Zalsburq"dan Peter Ratkovu transfer edib.
Operativ Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Latsio" serbiyalı mərkəz hücumçusu üçün Avstriya klubuna 13 milyon avro təzminat ödəyəcək. 22 yaşlı futbolçu ilə 2030-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, "Zalsburq" Peter Ratkovu 2023-cü ilin yayında "TSC Baçka Topola"dan transfer etmişdi.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net