Təlim-məşq toplanışı çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə olan “Neftçi” bu gün hazırlıq mərhələsində ilk sınaq matçına çıxacaq.
Operativ Media xəbər verir ki, Bakı təmsilçisi Qazaxıstanın “Kayrat” komandası ilə üz-üzə gələcək. Yuri Vernidubun rəhbərlik etdiyi kollektivin iştirakı ilə baş tutacaq oyun “321 Sports Club” arenasında təşkil olunacaq.
Qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 17:00-da səslənəcək.