Menyu

Mendeş: "PSJ Fransanın ən yaxşı komandası olduğunu göstərdi"

Əziz Əzizli
Mendeş: "PSJ Fransanın ən yaxşı komandası olduğunu göstərdi"

PSJ-nin müdafiəçisi Nuno Mendeş Fransa Super Kuboku matçında Marsel üzərində qazanılan qələbəni (2:2, pen. - 4:1) şərh edib.

Operativ Media xəbər verir ki, o, bu haqda klubun mətbuat xidmətinə danışıb.

"Bu, PSJ-dir. Biz heç vaxt dincəlmirik, hər matçda qalib gəlmək istəyirik və bu gün də belə oldu. Düşünürəm ki, komandamız üçün yaxşı oyun oldu. Əlimizdən gələni etdik və bu, əladır. Emosiyalar çox yüksəkdir. PSJ üçün daha bir kubok qazandıq. Fransanın ən yaxşısı olduğumuzu göstərdik və bu gün qalib gəlməyə layiq idik, ona görə də indi çox xoşbəxtik".

23 yaşlı portuqaliyalı PSJ ilə 12-ci kubokunu qazanıb. O, dördqat Fransa çempionu, ikiqat Fransa Kubokunun qalibi, üçqat Fransa Super Kubokunun qalibi, Çempionlar Liqası, UEFA Super Kuboku və Qitələrarası Kubokun qalibidir.

Əlaqəli Xəbərlər