Azərbaycanın Ukrayna ilə ticarət dövriyyəsinin həcmi artıb
Operativ Media
2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycanın Ukrayna ilə ticarət dövriyyəsinin ümumi həcmi 2024-cü ilin eyni dövrünə nisbətdə 13,2 faiz artaraq 476,6 milyon dolları üstələyib.
Operativ Media xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Hesabat dövründə ölkənin ümumi ticarət dövriyyəsində Ukrayna ilə ticarətin payı 1,1 faiz təşkil edib.