Menyu

Ölkədə iqtisadi fəal əhalinin sayı artıb

Operativ Media
Ölkədə iqtisadi fəal əhalinin sayı artıb

2025-ci il dekabrın 1-i vəziyyətinə ölkədə iqtisadi fəal əhalinin sayı 5 383,2 min nəfər olub. Onlardan 5 104,5 min nəfərini məşğul əhali təşkil edib ki, bu da bir il öncəki göstəriciləri müvafiq olaraq 1,4 və 1,5 faiz üstələyir.

Dövlət Statistika Komitəsindən Operativ Media-ya verilən məlumata əsasən, ötən ilin noyabr ayının 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1782,4 min nəfər (+0,5%), o cümlədən iqtisadiyyatın dövlət sektorunda 865,7 min nəfər (-1,8%), qeyri-dövlət sektorunda isə 916,7 min nəfər (+2,8%) təşkil edib.

İqtisadiyyatın neft-qaz sektorunda 31 min nəfər (-1,9%), qeyri-neft-qaz sektorunda isə 1751,4 min nəfər (+0,5%) çalışıb.

Əlaqəli Xəbərlər