Azərbaycandan İrlandiyaya xam neft ixracı artıb
Operativ Media
2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycandan İrlandiyaya 267,7 milyon ABŞ dolları dəyərində 524,9 min tondan çox xam neft və neft məhsulları ixrac olunub.
Dövlət Gömrük Komitəsindən Operativ Media-ya verilən məlumata əsasən, bu, 2024-cü ilin müvafiq göstəricilərini dəyər ifadəsində 2,4 dəfə, həcm baxımından isə 3 dəfə üstələyir.
Ötən ilin 11 ayı ərzində ölkədən ümumilikdə 11,51 milyard dollar dəyərində 22,13 milyon tondan çox xam neft məhsulları ixrac edilib. Bu məhsul kateqoriyası üzrə idxalçı ölkələr sırasında İrlandiya 9-cu yerdə qərarlaşıb və ixrac həcminin 2,37 faizi bu ölkənin payına düşüb.