"Sumqayıt" Macarıstan komandasına məğlub oldu
Operativ Media
Antalyada təlim-məşq toplanışında olan “Sumqayıt” ilk yoxlama oyununu keçirib.
Operativ Media xəbər verir ki, Saşa İliçin rəhbərlik etdiyi komanda Macarıstan təmsilçisi “Pakş”la qarşılaşıb.
Görüş Macarıstan klubunun 5:1 hesablı qələbəsi ilə başa çatıb.
“Sumqayıt”ın yeganə qolunu 40-cı dəqiqədə Rüstəm Əhmədzadə vurub.
Qeyd edək ki, “gənclik şəhəri” təmsilçisi Türkiyədə daha 2 yoxlama oyununa çıxacaq. Komanda yanvarın 12-də Serbiyanın OFK, 16-da isə Xorvatiyanın “Osiyek” klubu ilə üz-üzə gələcək.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net