Bakı və İrəvan məhsulların tədarükü imkanları barədə danışıqlar aparır
Bakı və İrəvan Ermənistandan Azərbaycana alüminium folqa, onun istehsalı üçün xammal, ferromolibden, tekstil və digər məhsulların tədarükü imkanları barədə danışıqlar aparır.
Operativ Media xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan "Factor.am"a müsahibəsində bildirib.
Nazir bildirib ki, malların idxalında maraqlı olan Azərbaycan şirkətləri də var.
"Eyni zamanda, müəyyən malların idxalında maraqlı olan Azərbaycan şirkətləri də var. Azərbaycan tərəfi onları maraqlandıran konkret malların siyahısını təqdim edib, biz ixrac edə biləcəyimiz miqdar haqqında məlumat göndərmişik. Bizim siyahımıza qızılgüllər, istixana məhsulları: pomidor, bibər daxildir. Biz təxmini qiymət təklif etmişik", - Papoyan deyib.
Bununla belə, o, tədarükün başlama vaxtını açıqlamayıb.