Menyu

"Neftçi" "Kayrat"ı məğlub etdi

Operativ Media
"Neftçi" "Kayrat"ı məğlub etdi

Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində təlim-məşq toplanışında olan "Neftçi" bu gün ilk yoxlama oyununa çıxıb.

Operativ Media xəbər verir ki, Bakı təmsilçisi Qazaxıstanın "Kayrat" klubu ilə üz-üzə gəlib. "Ağ-qaralar "UEFA Çempionlar Liqasının Liqa mərhələsində iştirak edən kollektivi 3:0 hesabı ilə məğlub edib.

Qarşılaşmada qolları Ağadadaş Salyanski, Vensan Abubakar və Murad Məmmədov vurublar.

Qeyd edək ki, "Neftçi" Əbu-Dabi toplanışı çərçivəsində yanvarın 13-də “Piramids” (Misir), 16-da isə “Çenqdu Ronqçenq” (Çin) klubları ilə qarşılaşacaq. 

Əlaqəli Xəbərlər