Menyu

Azərbaycan çempionatı: Yunan-Roma güləşində medalçılar müəyyənləşdi

Operativ Media
Azərbaycan çempionatı: Yunan-Roma güləşində medalçılar müəyyənləşdi

Yunan-Roma və sərbəst güləş üzrə Azərbaycan çempionatı davam edir.

Operativ Media xəbər verir ki, üçüncü yarış günündə yunan-Roma güləşi üzrə medalçılar müəyyənləşib.

60 kq çəki dərəcəsində Ayxan Cavadov (Abşeron, DİN) birinci olub, Ziyad Zeynalov (Neftçi) ikinci, Nihad Quluzadə və Murad Məmmədov (hər ikisi Neftçi) üçüncü yeri tutublar.

67 kq-da Fərid Xəlilov (Sumqayıt-Təhsil, Neftçi) qızıl medal qazanıb, Məhəmməd Şükürzadə (MOİK, Lənkəran) gümüş, Məhəmməd Qasımzadə (“Neftçi”) və Murad Əliyev (AHİTA) bürünc medal qazanıblar.

77 kq çəki dərəcəsində Sənan Süleymanov (“Neftçi”) qalib gəlib. Rəvan Nuriyev (Sumqayıt-Təhsil, “Neftçi”) ikinci, Nihad Məmmədli (DİN, ROİL) və Davud Məmmədov (Neftçi) üçüncü pillədə qərarlaşıblar.

87 kq-da İslam Abbasov (Neftçi) birinci, Laçın Vəliyev (Neftçi) ikinci, Abdulla Həsənov (AHİTA) və Səid Axundzadə (Sumqayıt, Təhsil) üçüncü yeri tutublar.

130 kq çəki dərəcəsində Beka Kandelaki (Neftçi) çempion olub, Sərxan Məmmədov (Neftçi) ikinci, Məzaim Mərdanov və Ayxan Mərdanov (“Mywrestling”, Şəmkir) üçüncü olublar.

Əlaqəli Xəbərlər