Menyu

Suriya ordusu Hələbin terrorçularından azad edildiyini elan edib

Əsəd Abbaslı
Suriya ordusu Hələbin terrorçularından azad edildiyini elan edib

Hələb YPG/PKK terror qruplaşmalarından tam azad edilib.

Operativ Media xəbər verir ki, bu barədə Suriya ordusu məlumat yayıb.

Bildirilir ki, 2012-ci ildən Dəməşqin nəzarətindən kənarda qalan Şeyx-Məqsud rayonunda təmizləmə əməliyyatı başa çatdırılıb.

Məlumata görə, şəhərdə təhlükəsizlik qüvvələri yerləşdirilib, sakinlərə isə gizlənən silahlıların ola biləcəyi ehtimalına görə evlərində qalmaları tövsiyə edilib.

Qeyd edək ki, Suriya ordusu Hələbdə vəziyyətin gərginliyini azaltmaq məqsədilə atəşkəs elan edib.

Əlaqəli Xəbərlər