Türkiyə Prezidenti "Fənərbaxça" klubunu təbrik edib
Operativ Media
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2025-ci il Turkcell Super Kubokunun finalında “Qalatasaray”ı məğlub edərək çempion olan “Fənərbaxça” klubunu təbrik edib.
Operativ Media xəbər verir ki, o, bu haqda "X" hesabında paylaşım edib.
Dövlət başçısı təbrik mesajında “Fənərbaxça”nın qazandığı uğuru yüksək qiymətləndirərək, klubun futbolçularına, texniki heyətinə və bütün “Fənərbaxça” camiasına gələcək fəaliyyətlərində uğurlar arzuladığını bildirib.
Ərdoğan qeyd edib ki, final qarşılaşmasında nümayiş etdirilən oyun həm azarkeşlər, həm də türk futbolu üçün yaddaqalan olub.