Menyu

Bu gün Azərbaycandan Ermənistana 979 ton yanacaq göndərilib

Operativ Media
Bu gün Azərbaycandan Ermənistana 979 ton yanacaq göndərilib
1 dəq oxu

Azərbaycandan Ermənistana neft məhsullarının tədarükü davam etdirilir.

Operativ Media xəbər verir ki, bu gün 979 ton "Aİ 92" markalı avtomobil yanacağı yüklənmiş 18 vaqondan ibarət qatar yanvarın 11-də Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.

Yük Gürcüstan ərazisindən tranzit keçməklə Ermənistana çatdırılacaq.

Qeyd edək ki, 9 yanvar 2026-cı il tarixində 1742 ton Aİ-95 benzin və 956 ton dizel olmaqla, ümumilikdə 2 698 ton (ümumilikdə 48 vaqon) yük Biləcəri stansiyasından Ermənistana göndərilib.

Bundan əvvəl, 2025-ci il 18 dekabrda Ermənistana 1220 ton Aİ-95 markalı avtomobil yanacağı göndərilmişdi.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər