Menyu

"Liverpul"un gənc futbolçusu mövsümü başa vurdu

Operativ Media
"Liverpul"un gənc futbolçusu mövsümü başa vurdu

“Liverpul”un gənc futbolçusu Konor Bredli sıradan çıxıb.

Operativ Media  xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Cinah müdafiəçisi İngiltərə Premyer Liqasında “Arsenal”la baş tutan (0:0) matçda aldığı zədə səbəbindən mövsümü vaxtından əvvəl başa vurub.

Klub yaxın günlərdə əməliyyat olunacaq futbolçunun yaşıl meydanlara qayıtması ilə bağlı açıqlama verməyib. İlkin məlumata görə, müdafiəçi cari mövsümdə komandasına kömək edə bilməyəcək.

22 yaşlı Bredli bu mövsüm bütün turnirlərdə 21 oyuna çıxıb və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xatırladaq ki, futbolçunun “Liverpul”la hazırkı müqaviləsi 2029-cu ilin iyununa qədər qüvvədədir.

“Liverpul” UEFA Çempionlar Liqasında “Qarabağ”ın rəqiblərindən biridir. Qarşılaşma yanvarın 28-i Bakı vaxtı ilə 23:59-da, İngiltərə vaxtı ilə isə saat 20:00-da start götürəcək.

Əlaqəli Xəbərlər