Azərbaycanın 3 klubu Antalyada yoxlama oyununa çıxacaq
Operativ Media
Antalyada hazırlıq prosesi keçən Azərbaycan klubları bu gün növbəti sınaqlarına çıxacaqlar.
Operativ Media xəbər verir ki, “Qarabağ” təlim-məşq toplanışı çərçivəsində Özbəkistanın Fərqanə şəhərini təmsil edən “Neftçi” ilə yoxlama matçında qarşılaşacaq.
Eyni gündə “Zirə” klubu Rumıniyanın “Çiksereda” komandası ilə münasibətləri meydanda aydınlaşdıracaq. “Sumqayıt” isə Serbiyanın paytaxtını təmsil edən OFK (Belqrad) kollektivi ilə qüvvəsini sınayacaq.
Xatırladaq ki, “Sumqayıt” Antalyadakı ilk yoxlama görüşündə Macarıstanın “Pakş” komandası ilə üz-üzə gəlib və matç 1:5 hesabı ilə rəqibin xeyrinə başa çatıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net