Fransa klubu Elvin Cəfərquliyevlə maraqlanır
Operativ Media
Azərbaycan millisinin üzvü və “Qarabağ” klubunun müdafiəçisi Elvin Cəfərquliyevin adı Fransada çıxış edən “Sent-Etyen” komandası ilə hallanır.
Operativ Media Fransanın “butfootballclub.fr” nəşrinə istinadən xəbər verir ki, 25 yaşlı futbolçu qış transfer pəncərəsində “Sent-Etyen”in maraq dairəsinə düşüb. Məqalədə Cəfərquliyevin 2025-ci ildə ölkə üzrə ilin ən yaxşı futbolçusu adına layiq görüldüyü və cari mövsümdə göstərdiyi stabil performansla diqqət çəkdiyi vurğulanıb.
Məlumata əsasən, sol cinahda oynayan müdafiəçiyə 3 illik müqavilə təklif edilib. Transfer məsələsi hazırda rəsmi təsdiqini tapmasa da, razılaşma baş tutacağı təqdirdə, Cəfərquliyevin Liqa 2-də mübarizə aparan klub üçün ciddi və etibarlı güclənmə olacağı qeyd olunur.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net