Menyu

"Beşiktaş" İngiltərədən müdafiəçi transfer edir

Operativ Media
"Beşiktaş" İngiltərədən müdafiəçi transfer edir

Türkiyə Super Liqası klubu "Beşiktaş" heyətini yeni futbolçu ilə gücləndirməyə yaxındır.

Operativ Media xəbər verir ki, "ağ-qaralar" İngiltərə Premyer Liqası təmsilçisi "Vulverhempton"un Fildişi Sahilindən olan Emanuel Aqbadu ilə razılıq əldə edib. Bu haqda türkiyəli insayder Yağız Sabuncuoğlu məlumat yayıb.

Məlumata görə, İstanbul klubu 2 milyon avro icarə qiyməti ilə futbolçunu sonradan 10 milyon avroya satınalma şərti ilə təklif göndərib. "Narıncılar" qiymətin artırılmasını və ödəmə planının dəyişməsini istəyir.

Əlaqəli Xəbərlər