Azərbaycan ötən il Avropaya 13 milyard kubmetrə yaxın qaz ixrac edib
Operativ Media
2025-ci ildə Azərbaycanın qaz ixracı 25,2 milyard kubmetr təşkil edib.
Operativ Media xəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb.
"Bundan 12,8 milyard kubmetr Avropaya, 9,6 milyard kubmetr Türkiyəyə (o cümlədən TANAP-la 5,6 milyard kubmetr), 2,3 milyard kubmetr Gürcüstana, 0,5 milyard kubmetr isə Suriyaya ixrac edilib", - məlumatda qeyd olunub.