"Karvan-Yevlax" qış transfer dönəmində Samir Abdullayevin keçidini rəsmiləşdirib.
Operativ Media xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, 24 yaşlı yarımmüdafiəçi mövsümün sonuna kimi bölgə təmsilçisinin formasını geyinəcək. Samir Abdullayev mövsümün ilk yarısını “Mingəçevir” klubunda keçirib. Bu müddət ərzində 12 oyuna çıxan Samir 4 qol vurmağı bacarıb.