Ana səhifə / İdman / "Fiorentina"nın müdafiəçisi Səudiyyə Ərəbistanı klubuna keçdi "Fiorentina"nın müdafiəçisi Səudiyyə Ərəbistanı klubuna keçdi 12.01.2026, 13:27 Operativ Media "Əl-Hilal" "Fiorentina"nın müdafiəçisi Pablo Mari ilə müqavilə imzalayıb.Operativ Media xəbər verir ki, bu haqda Səudiyyə Ərəbistanı klubunun mətbuat xidməti məlumat yayıb.İspaniyalı futbolçu 2025-ci ilin yanvar ayından bəri "Fiorentina"da oynayır. Bu mövsüm o, bütün turnirlərdə 16 oyun keçirib və qol vurmayıb.Pablo Mari əvvəllər "Monza", "Arsenal", "Udineze", "Flamenqo", "Mançester Siti", "Deportivo" və "Jirona"da çıxış edib.