Operativ Media-nın məlumatına görə, London təmsilçisinin əsas heyət üzvlərindən olan Rodriqo Bentankur zədələnib. Klubun rəsmi açıqlamasında bildirilib ki, yarımmüdafiəçi cərrahi müdaxiləyə məruz qalacaq və təxminən üç ay müddətində meydanlara qayıda bilməyəcək.
Bu itkidən sonra “Tottenhem” rəhbərliyi heyəti gücləndirmək üçün transfer bazarında yeni yarımmüdafiəçi axtarışlarını aktivləşdirib.