Menyu

"Neftçi"nin 2-ci yoxlama oyununun detalları açıqlandı

Operativ Media
"Neftçi"nin 2-ci yoxlama oyununun detalları açıqlandı

“Neftçi”nin Əbu-Dabidə davam edən təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi ikinci yoxlama görüşünün detalları açıqlanıb.

Operativ Media-nın klubun mətbuat xidmətinə istinadən yaydığı məlumata əsasən, Bakı təmsilçisi Misirin “Piramids” klubu ilə yanvarın 13-də üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da start götürəcək və oyun “Məhəmməd bin Zayed” stadionunda keçiriləcək.

Xatırladaq ki, “Neftçi” ilk yoxlama matçında Qazaxıstanın “Kayrat” komandasını 3:0 hesabı ilə məğlub edib. Paytaxt klubu hazırlıq prosesində son sınaq oyununu isə yanvarın 16-da Çinin “Çenqdu Ronqçenq” kollektivinə qarşı keçirəcək.

Əlaqəli Xəbərlər