Menyu

Ötən il Şuşaya neçə nəfər səfər edib?

Ötən il Şuşaya neçə nəfər səfər edib?

"Hər il Şuşaya gələn qonaqların sayında ciddi artım müşahidə olunur. Ötən ilin statistikasına görə, 12 min nəfərin Şuşaya səfəri qeydə alınıb”

"Operativ Media" bildirir ki, bunu Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin şöbə müdiri Səmayə Məmmədova APA-ya açıqlamasında deyib.

Səmayə Məmmədova bildirib ki, türk dünyasının mədəniyyət paytaxtı seçilən Şuşada bu il qonaqlar üçün nəzərdə tutulan bir çox tədbirlər həyata keçiriləcək.

O qeyd edib ki, hər il Şuşaya gələn qonaqların sayında ciddi artım müşahidə olunur. Ötən ilin statistikasına görə, 12 min nəfərin Şuşaya səfəri qeydə alınıb.

"Bu il bir yenilik olacaq, bu yenilik də ondan ibarətdir ki, mart ayının 18-dən başlayaraq, Şuşaya gəlmək istəyən insanların arzu və istəkləri nəzərə alınacaq. Artıq 2 günlük turistik proqram təşkil olunub ki, bu proqrama əsasən, turistlər burada gecələyəcəklər və onlar üçün müəyyən olunmuş xüsusi proqramlar olacaq” -deyə, Səmayə Məmmədova vurğulayıb.

Qeyd edək ki, bir qrup jurnalist Şuşada tarixi və mədəni abidələr ziyarət edilib, şəhər ərazisində görülmüş yeni işlərlə tanışlıq olub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər