Menyu

Araz Abdullayev: Əsas fikrimiz sonuncu pillədəki yeri tərk etnəkdir

Operativ Media
Araz Abdullayev: Əsas fikrimiz sonuncu pillədəki yeri tərk etnəkdir

“Sabah”la çempionat oyununa qədər tam hazır olacağıq.

Operativ Media xəbər verir ki, bunu "Karvan-Yevlax" komandasının kapitanı Araz Abdullayev qış hazırlıq prosesi barəsində klubun mətbuat xidmətinə müsahibəsində deyib.

O, məşqlərin yaxşı keçdiyini bildirib.

“Qış hazırlığımız yaxşı keçir. Mən və komanda yoldaşlarım məşqlərdə səylə çalışırlar. Gündə iki dəfə olmaqla hazırlığımız davam edir.Fizuli müəllimin məşqlərdə verdiyi tapşırıqları səylə yerinə yetirməyə çalışırıq. Düşünürəm ki, “Sabah”la çempionat oyununa qədər tam hazır olacağıq. Əsas fikrimiz sonuncu pillədəki mövqeyimizi tərk edib yuxarı pillələrə yüksəlməkdir. Düşünürəmki bunu biz komanda olaraq bacaracağıq.”

Əlaqəli Xəbərlər