Menyu

"Beşiktaş" daha bir futbolçusu ilə vidalaşdı

Operativ Media
"Beşiktaş" daha bir futbolçusu ilə vidalaşdı

Türkiyənin "Beşiktaş" klubunda ayrılıq yaşanıb.

Operativ Media xəbər verir ki, İstanbul nəhəngi David Yuraşeklə yollarını ayırıb.

Klub bununla bağlı Türkiyə Futbol Federasiyasına (TFF) məlumat yayıb.

Çexiyalı sol cinah müdafiəçisi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, "Beşiktaş" David Yuraşeki mövsümün əvvəlində "Benfika"dan icarəyə götürmüşdü. 25 yaşlı futbolçu "qara qartallar"In heyətində meydana çıxdığı 17 rəsmi matçda qol və ya məhsuldar ötürmə ilə yadda qalmayıb.

Əlaqəli Xəbərlər