Menyu

Aİ Yəmənin cənubundakı vəziyyətdən narahatlığını ifadə edib

Operativ Media
Aİ Yəmənin cənubundakı vəziyyətdən narahatlığını ifadə edib

Avropa İttifaqı (Aİ) Yəməndəki vəziyyəti narahatlıqla izləyir.

Operativ Media xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın sözçüsü Ənvər əl-Anuni məlumat verib.

“Biz gərginliyin azaldılmasına və dialoqa çağırışlarımızı davam etdiririk, həmçinin bu məqsədə xidmət edən təşəbbüsləri alqışlayırıq. Yəməndə sabitliyin və rifahın bərqərar olması üçün səylərin yenilənməsinə imkan verəcək siyasi trayektoriyaya qayıdış vacibdir”, – deyə sözçü Brüsseldə keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqı Yəmən ətrafındakı vəziyyətlə bağlı “diplomatik rolunu tam şəkildə yerinə yetirir”. Əl-Anuni əlavə edib ki, bu kontekstdə Aİ Birləşmiş Millətlər Təşkilatının daha fəal və güclü rol oynamasını da dəstəkləyir.

Vurğulayıb ki, “Yəməndəki bütün tərəfləri beynəlxalq və milli hüquq çərçivəsində konstruktiv əməkdaşlığa, ölkənin birlik, suverenlik, müstəqillik və ərazi bütövlüyünü müsbət şəkildə təşviq etməyə çağırırıq”.

Əlaqəli Xəbərlər