Menyu

"Beşiktaş"dan ayrılan futbolçu Çexiya klubuna keçdi

Operativ Media
"Beşiktaş"dan ayrılan futbolçu Çexiya klubuna keçdi
1 dəq oxu

"Slaviya" "Benfika"nın müdafiəçisi David Yurasekin transfer edib.

Operativ Media xəbər verir ki, bu haqda Çexiya klubunun mətbuat xidməti məlumat yayıb.

25 yaşlı çex 2029-cu ilin yayına qədər müqavilə imzalayıb.

"Transfermark" bu müqaviləni 3 milyon avroya qiymətləndirib. Yurasek 2023-cü ildə Praqa klubundan "Benfika"ya 14 milyon avroya keçib.

Portuqaliya klubunda oynayarkən, o, icarə əsasında "Hoffenhaym" və "Beşiktaş" klublarında oynayıb. Müdafiəçi 2025/26 mövsümünün ilk yarısında İstanbul klubunda oynayıb.

Yurasek ümumilikdə "Benfika"da 12 oyun keçirib.

Əlaqəli Xəbərlər