Menyu

Fransa millisinin sabiq üzvü karyerasını bitirdi

Operativ Media
Fransa millisinin sabiq üzvü karyerasını bitirdi

Fransa millisinin sabiq mərkəz müdafiəçisi Mamadu Sako peşəkar futbolçu karyerasına son qoyduğunu açıqlayıb.

Operativ Media-nın məlumatına görə, 35 yaşlı oyunçu bu qərarını PSJ ilə “Paris” klubu arasında keçirilən Fransa Kubokunun 1/32 final mərhələsinin oyunu başa çatdıqdan sonra ictimaiyyətə çatdırıb.

Mamadu Sako futbol yoluna Paris təmsilçisi PSJ-də başlayıb və məhz bu klubun yetirməsi kimi tanınıb. Təcrübəli müdafiəçi sonrakı illərdə İngiltərədə “Liverpul” və “Kristal Pelas”, eləcə də Fransada “Monpelye”nin şərəfini qoruyub. Onun son dayanacağı isə Gürcüstanın “Torpedo” (Kutaisi) klubu olub. Sako burada 19 rəsmi oyunda meydana çıxıb.

Qeyd edək ki, Sako Fransa milli komandasında da uzun müddət çıxış edib. O, “xoruzlar”ın heyətində 29 matça çıxaraq 2 qol vurmaqla yadda qalıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər