Menyu

"Neftçi" 2-ci yoxlama oyununa çıxacaq

Operativ Media
"Neftçi" 2-ci yoxlama oyununa çıxacaq

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə hazırlıqlarını davam etdirən “Neftçi” bu gün növbəti yoxlama görüşünə çıxacaq.

Operativ Media-nın xəbərinə əsasən, Bakı təmsilçisi Misirin “Piramids” klubu ilə qarşılaşacaq. Matç “Məhəmməd bin Zayed” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Xatırladaq ki, Əbu-Dabi toplanışı çərçivəsində ilk sınaq oyununda Qazaxıstanın “Kayrat” komandasını 3:0 hesabı ilə məğlub edən “ağ-qaralar” hazırlıq mərhələsinin son yoxlama matçını yanvarın 16-da Çinin “Çenqdu Ronqçenq” klubuna qarşı keçirəcək.

Əlaqəli Xəbərlər