"Qalatasaray" və "Fənərbaxça" fransız hücumçu ilə maraqlanır
Türkiyə Super Liqası komandaları “Fənərbağça” və “Qalatasaray” “Tottenhem”də çıxış edən 20 yaşlı fransız hücumçu Matıs Tel uğrunda mübarizəyə qoşulublar.
Operativ Media "The Guardian"a istinadən xəbər verir ki, gənc forvard Premyer Liqada kifayət qədər oyun şansı əldə edə bilmədiyi üçün mövsümün sonunadək icarə əsasında başqa kluba keçməyi nəzərdən keçirir.
Fransız futbolçu ilə bağlı rəsmi təşəbbüs göstərən klublar arasında “Fənərbağça”, “Qalatasaray” və Paris FC yer alır. Matıs Telin əsas məqsədi 2026-cı il Dünya Kubokunun heyətinə düşmək üçün müntəzəm oynaya biləcəyi komandada çıxış etməkdir.
Digər tərəfdən, “Tottenhem” futbolçunu satmağa ehtiyatla yanaşsa da, onun icarəyə verilməsi variantını tam istisna etmir. Bu mövsüm Premyer Liqada 5 oyunda start heyətində meydana çıxan Tel 2 qol vurub, sonradan oyuna daxil olduğu 9 qarşılaşmada isə 1 dəfə fərqlənib.