Betondan yığma tikinti konstruksiyalarının istehsalı artıb
Operativ Media
2025-ci ilin yanvar-noyabr aylarında ölkədə 111,1 min kubmetr betondan yığma tikinti konstruksiyaları istehsal edilib.
Dövlət Statistika Komitəsindən Operativ Media- ya verilən məlumata əsasən, 2024-cü ilin eyni dövrünün göstəricisinə nisbətdə istehsal həcmi 3,1 dəfə və ya 75,3 min kubmetr artıb.