Şagirdlərin elektron yerdəyişməsi üçün sənədlərin təqdimi bu gün başa çatır
Operativ Media
Şagirdlərin elektron yerdəyişməsi üzrə təsdiqlənmiş sorğulara aid tələb olunan sənədlər müvafiq ümumi təhsil müəssisələrinə təqdim edilməsi yanvarın 13-ü saat 15:00-da bitir.
Operativ Media xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, müəyyən edilmiş vaxtadək tamamlanmayan sorğular və növbələr sistem tərəfindən avtomatik olaraq ləğv ediləcək.
Xatırladırıq ki, yanvarın 8-i saat 15:00-dan etibarən 2025–2026-cı tədris ilinin birinci yarımili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi müvəqqəti dayandırılıb.