Belarus Omanla adi pasport sahibləri üçün vizaların ləğvi barədə sazişi təsdiqləyib
Şəfa Hüseynli
Belarus parlamentariləri Belarus Respublikası Hökuməti ilə Oman Sultanlığı Hökuməti arasında qarşılıqlı viza ləğvi haqqında Sazişi təsdiqləyiblər. Müvafiq qanun layihəsi bu gün Nümayəndələr Palatasının üçüncü iclasında qəbul edilib.
Operativ Media xəbər verir ki, bu barədə "Belta" məlumat yayıb.
Belarus xarici işlər nazirinin müavini Yevgeni Şestakovun sözlərinə görə, saziş Belarus Respublikası vətəndaşlarının Omana və müvafiq olaraq Oman vətəndaşlarının Belarusa etibarlı milli pasportlar əsasında giriş tarixindən etibarən 30 günə qədər vizasız girişini nəzərdə tutur.
Vizasız qalmanın ümumi müddəti təqvim ilində 90 gündən çox olmamalıdır.