Menyu

Baş DYP İdarəsinin YPX postunda sürücüdə narkotik maddə aşkarlanıb

Əziz Əzizli
Baş DYP İdarəsinin YPX postunda sürücüdə narkotik maddə aşkarlanıb

Baş DYP İdarəsinin YPX postunda 3 kq 550 qram narkotik maddə aşkar edilib.

Bu barədə "Operativ Media"ya Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev məlumat verib.

Ötən gün Əkbərov Cavid Nuru oğlunun idarə etdiyi "Hyundai Elantra" markalı 99-VP-411 nömrə nişanlı avtomobil gecə saat 00:15 radələrində nəzarət qaydasında Əlat-Astara-İran sərhəddi avtomobil yolunun 143-cü km-də, Masallı rayonu ərazisində yerləşən Baş Dövlət Yol Polisi İdarəsinin 726 saylı YPX postunda saxlanılıb, sürücünün hərəkətləri şübhə doğurduğundan o, tibbi müayinədən keçirilib, bu zaman onun narkotik vasitənin təsiri altında olması aşkar edilib.

Sürücü C.Əkbərovun idarə etdiyi avtomobilə baxış zamanı avtomobildən ümumi çəkisi 3 kq 550 qram olan müxtəlif növ narkotik maddə (2 kq 850 qram heroin, 700 qram metafetamin) aşkar edilərək götürülüb. Sürücü rayon Polis Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Teqlər:

"Baş DYP İdarəsinin YPX postunda sürücüdə narkotik maddə aşkarlanıb"

Fotogalereya

Əlaqəli Xəbərlər