Azərbaycanda yerfındığı istehsalı artıb
Operativ Media
Azərbaycanda yerfındığı istehsalı nəzərəçarpacaq dərəcədə artıb. 2022-ci ildə 1.950 ton olan istehsal həcmi 2023-cü ildə 2.350 tona, 2024-cü ildə isə 2.800 tona yüksəlib.
Operativ Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, dünya bazarında qabıqlı xam məhsulun 1 kiloqramının topdansatış qiyməti 1,6-3,44 ABŞ dolları aralığında dəyişir. Qabıqlı və ya qabıqsız məhsulun pərakəndə qiyməti 4,7-8,36 Azərbaycan manatı təşkil etsə də, məhsulun emal olunmuş və paketlənmiş qiyməti 1 kiloqrama görə 30–35 manat arasında dəyişir.