Menyu

Gürcüstanın Azərbaycandan tranzit qarşılığında aldığı qazın həcmi açıqlanıb

Əsəd Abbaslı
Gürcüstanın Azərbaycandan tranzit qarşılığında aldığı qazın həcmi açıqlanıb

Gürcüstanın tranzit qarşılığında pulsuz aldığı qazın həcmi 2020-ci ildən etibarən 1,8 dəfə artıb.

Operativ Media xəbər verir ki, “Sputnik Gürcüstan” məlumat yayıb.

Məlumata görə, həmin il Gürcüstan Azərbaycandan əlavə tədarük kimi 873 milyon kubmetr qaz alıb.

Proqnozlara əsasən, 2026-cı ildə bu göstərici 1,6 milyard kubmetrə çatacaq.

Qeyd olunur ki, 2066-cı ilə qədər qüvvədə olan müqaviləyə əsasən, Gürcüstan ölkə ərazisindən tranzitlə daşınan qazın həcminin 5%-dək hissəsini pulsuz almaq hüququna malikdir.

Bu isə Cənub Qaz Dəhlizinin yüklənmə səviyyəsi artdıqca Gürcüstana verilən qazın həcminin də yüksələcəyi anlamına gəlir.

Bununla belə, Gürcüstanda illik qaz istehlakı 3 milyard kubmetrdən çoxdur və tranzit qarşılığında alınan bu əlavə tədarüklərin ümumi istehlakdakı payı 0,1%-dən az təşkil edir.

Əlaqəli Xəbərlər