Menyu

Bakıda avtomobillərdən oğurluq edilib

Nərmin Qocamanlı
Bakıda avtomobillərdən oğurluq edilib
1 dəq oxu

Xətai rayonu ərazisində “Volvo” markalı bir avtomobildən 3700 manat dəyərində gödəkcə, noutbuk və açar, Nərimanov rayonu ərazisində isə “Mercedes” markalı digər avtomobildən qeyri-aşkar şəraitdə noutbuk oğurlanması barədə polisə məlumatlar daxil olub. 

Xətai RPİ 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməllərində şübhəli bilinən Bakı şəhər sakini Fikrət Cəfərov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Əlaqəli Xəbərlər