Menyu

İsmayıllıda evdən qızıl və pul oğurlayan şəxs saxlanılıb

Nərmin Qocamanlı
İsmayıllıda evdən qızıl və pul oğurlayan şəxs saxlanılıb

İsmayıllı şəhərində yerləşən evlərin birindən oğurluq edilib. Gecə saatlarında mənzilə daxil olan naməlum şəxs oradan oradan qızıl-zinət əşyalarını və nəğd pulu oğurlayıb. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlinin əvvəllər də məhkum olunmuş Elşən İsayev tərəfindən törədildiyi müəyyən olunub.

O, şübhəli şəxs qismində saxlanılıb və ifadəsində əməlini etiraf edib.  Oğurladıqları qızılların bir hissəsi ondan maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxsin digər analoji əməllərdə iştirakının olub-olmaması araşdırılır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər