Menyu

DİN Saatlıda iki kəndin sakinlərinin yolu bağlamağa cəhd etməsinə münasibət bildirib

Redaksiya
DİN Saatlıda iki kəndin sakinlərinin yolu bağlamağa cəhd etməsinə münasibət bildirib

Bu gün saat 14 radələrində Saatlı rayonunun Orta Muğan və Nabatkənd kəndlərinin bir qrup sakini içməli su probleminə öz narazılıqlarını bildirmək məqsədilə  magistral yolunu bağlamağa cəhd ediblər.

DİN-in Mətbuat Xidmətindən "Operativ Media"nın sorğusuna cavab olaraq bildirilib ki, Əraziyə gələn Rayon Polis Şöbəsinin əməkdaşları, rayon İcra Hakimiyyətinin və Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri onlarla izahedici söhbətlər aparıblar. Bundan sonra sakinlərin əksəriyyəti geri qayıtsalar da bir qrup şəxs polisin qanuni tələbinə əməl etməyərək ictimai asayişin pozulmasına yönəli qanunsuz hərəkətlərini davam etdirmişlər. Onlar saxlanılaraq Rayon Polis Şöbəsinə gətirilmişlər.

Hazırda araşdırmalar aparılır.

Teqlər:

"DİN Saatlıda iki kəndin sakinlərinin yolu bağlamağa cəhd etməsinə münasibət bildirib"

Əlaqəli Xəbərlər