Menyu

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi praktiki gecə təlimi keçirib

Nərmin Qocamanlı
Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi praktiki gecə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzi “Bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmış vətəndaşların xilas edilməsi” mövzusunda praktiki gecə təlimi keçirib.

"Operativ Media" bu barədə FHN-in saytına istinadən xəbər verir.

Bildirlib ki, təlim Regional Mərkəzin şəxsi heyətinin döyüş və peşə hazırlığı səviyyəsinin daha da yüksəldilməsi, müxtəlif ekstremal şəraitlərdə, o cümlədən gecə vaxtı baş verən fövqəladə hallar zamanı çevik reaksiya vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilib.

Təlim zamanı xilasedicilər vətəndaşların bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə şərti çağırış üzrə dərhal hadisə yerinə çatıb, xüsusi alət və avadanlıqlar vasitəsilə bağlı qapını açaraq “halsız vəziyyətdə olan vətəndaşı xilas edib, həmçinin aşkar olunmuş meyiti aidiyyəti üzrə təhvil veriblər”.

Təlimdən sonra əldə edilən nəticələrin təhlili aparılıb, müvafiq tapşırıqlar verilib

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər