https://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 9 ° C

ƏƏSMN: Nəqliyyat sahəsində əmək münasibətlərinin tənzimlənməsi müzakirə edilib

14 Mart 2023 , 11:18
22
ƏƏSMN: Nəqliyyat sahəsində əmək münasibətlərinin tənzimlənməsi müzakirə edilib

Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyası yanında yaradılmış Qanunvericilik və İdarəetmə üzrə İşçi qrupun növbəti iclası keçirilib. İclasda əmək və əhalinin sosial müdafiəsi, iqtisadiyyat, rəqəmsal inkişaf və nəqliyyat nazirliklərinin nümayəndələri iştirak edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "Operativ Media"ya verilən xəbərə görə, İşçi qrupun rəhbəri, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev qeyri-formal məşğulluğun qarşısının alınması sahəsində son illər aparılan kompleks işlərin müsbət nəticələri olduğunu bildirib. O, müxtəlif fəaliyyət sahələrində əmək münasibətlərinin tənzimlənməsinə, qeyri-formal məşğulluğa yol verilməsi hallarının qarşısının alınmasına yönələn məqsədyönlü işlərin davam etdiyini diqqətə çatdırıb.

Anar Əliyev, həmçinin rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini İlkin Vəliyev çıxışlarında Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının cari ilin 22 fevral tarixində keçirilən iclasında verilmiş tapşırığa uyğun olaraq, nəqliyyat sahəsində də əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı qanunvericilik aktlarının təkmilləşdirilməsinin önəmli olduğunu vurğulayıblar. Bu sahədə qarşıda duran vəzifələr, nəqliyyat sahəsində ölkəmizdə son illər aparılan işləri və əldə olunan müsbət nəticələr qeyd edilib.

İclasda avtomobil nəqliyyatında, sərnişin və yükdaşımalar istiqamətində əmək münasibətlərinin tənzimlənməsi məsələləri, o cümlədən bununla bağlı qanunvericilik aktlarının icra vəziyyəti müzakirə olunub.

OXŞAR XƏBƏRLƏR
Ələtdə evlərdən birindən kişi meyiti tapılıb

Ələtdə evlərdən birindən kişi meyiti tapılıb

Bəzi magistral avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq

Bəzi magistral avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq

İsmayıllı sakinlərindən qanunsuz saxladıqları ov tüfəngləri götürülüb

İsmayıllı sakinlərindən qanunsuz saxladıqları ov tüfəngləri götürülüb

XƏBƏR LENTİ 0
  • Dünən
    22:52

    Türkiyə Ermənistandan qələbə ilə qayıdır
  • Dünən
    22:03

    Rusiya Belarusda taktiki nüvə silahı yerləşdirməyi planlaşdırır
  • Dünən
    21:47

    AVRO-2024: Türkiyə hesabı bərabərləşdirdi - VİDEO
  • Dünən
    21:21

    İspaniyada meşə yanğınına görə 1500 nəfər təxliyə edilib
  • Dünən
    20:48

    Ələtdə evlərdən birindən kişi meyiti tapılıb
  • Dünən
    20:36

    Ermənistanda Türkiyə millisinə qarşı təxribat törədilib
  • Dünən
    20:26

    Brazilya prezidentinin Çin səfəri təxirə salınıb
  • Dünən
    19:55

    ABŞ-də qasırğa nəticəsində ölənlərin sayı 23 nəfərə çatıb
Menyu