https://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 12 ° C

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb

14 Mart 2023 , 12:51
62
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” və “Lənkəran” sərhəd dəstələrinin əməkdaşları tərəfindən 24 kiloqram 130 qram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Bu barədə "Operativ Media"ya Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Xəbərə görə, mart ayının 13-də saat 21:55-də keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonunun Deman kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədini pozmağa cəhd edən Azərbaycan Respublikası vətəndaşı Dadaşov Novruz İbrahim oğlu saxlanılıb.

Saxlanılan şəxsin üzərinə keçirilən baxış zamanı 1 ədəd bağlamada ümumi çəkisi 5 kiloqram 980 qram narkotik vasitə aşkar olunaraq götürülüb.

Mart ayının 14-də saat 05:30-da “Lənkəran” sərhəd dəstəsinin Astara rayonunun Ərçivan kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən naməlum şəxslərin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmaları müşahidə edilib.

Aparılmış əməliyyat tədbirləri nəticəsində 99-DK-727 dövlət nömrə nişanlı “Mitsubishi” markalı avtombillə ərazidən uzaqlaşmağa cəhd edən Bakı şəhər sakinləri Həsənov Kamil İlyas oğlu və Mirzəyev Novruz Tofiq oğlu saxlanılıblar.

Avtomobilə baxış zamanı 2 ədəd bağlamada ümumi çəkisi 18 kiloqram 150 qram narkotik vasitə aşkar olunaraq götürülüb.

Qeyd olunan faktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

OXŞAR XƏBƏRLƏR
Bakının ictimai iaşə dövriyyəsi artıb

Bakının ictimai iaşə dövriyyəsi artıb

İmişli, Saatlı, Biləsuvar və Cəlilabadda əkin sahələrinin suvarılmasındakı problemlərin həlli ilə bağlı görüş keçirilib

İmişli, Saatlı, Biləsuvar və Cəlilabadda əkin sahələrinin suvarılmasındakı problemlərin həlli ilə bağlı görüş keçirilib

Ramazanın 8-ci gününün duası - İmsak və iftar vaxtı

Ramazanın 8-ci gününün duası - İmsak və iftar vaxtı

XƏBƏR LENTİ 0
  • Dünən
    23:32

    Bakının ictimai iaşə dövriyyəsi artıb
  • Dünən
    22:32

    "Qarabağ" 29-cu turda Şahruddinə qovuşacaq
  • Dünən
    22:28

    Dövlət Xidməti “Xırdalan” əmtəə nişanından qanunsuz istifadə halları aşkar edib
  • Dünən
    22:24

    İmişli, Saatlı, Biləsuvar və Cəlilabadda əkin sahələrinin suvarılmasındakı problemlərin həlli ilə bağlı görüş keçirilib
  • Dünən
    22:06

    Netanyahu Ceyhun Bayramovla İranın regional sabitliyə yaratdığı təhlükəni müzakirə ediblər
  • Dünən
    22:01

    Ramazanın 8-ci gününün duası - İmsak və iftar vaxtı
    Ramazanın 8-ci gününün duası - İmsak və iftar vaxtı
  • Dünən
    21:45

    Şəki Rayon Uşaq Xəstəxansının keçmiş inzibati binasında yanğın söndürülüb - YENİLƏNİB
  • Dünən
    21:39

    Yunanıstan illik 3,92 faizlə beşillik istiqrazlar buraxıb
Menyu