Menyu

DSMF: Bu ayın sosial ödənişləri Novruz bayramı ərəfəsində tam ödənəcək

Nərmin Qocamanlı
DSMF: Bu ayın sosial ödənişləri Novruz bayramı ərəfəsində tam ödənəcək

Əmək və Əhalinin Sosal Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) ölkənin digər bölgələri üzrə mart ayının pensiyalarının, həmçinin qulluq stajına görə əlavələr alan pensiyaçıların pensiyalarının martın 15-də ödənilməsi nəzərdə tutur.

"Operativ Media" xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Novruz bayramı ilə əlaqədar mart ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarının da qrafikdən əvvəl olmaqla bayram ərəfəsində, yəni martın 17-də tam ödənilməsi planlaşdırılır.

Bu məqsədlə DSMF müvafiq maliyyələşdirmənin təmin edilməsi istiqamətində hazırlıq işləri aparır.

Teqlər:

"DSMF: Bu ayın sosial ödənişləri Novruz bayramı ərəfəsində tam ödənəcək"

Əlaqəli Xəbərlər