Bakıda məşhur şadlıq sarayları havanı çirkləndirdikləri üçün cərimələnib
Nərmin Qocamanlı
Ölkə ərazisində fəaliyyət göstərən ictimai-iaşə obyektləri, şadlıq sarayları və restoranlarda keçirilən növbəti monitorinqlər zamanı havaya normadan artıq tullantı atan və normativlərə uyğun fəaliyyət göstərməyən ictimai-iaşə obyektləri barəsində qanunamüvafiq tədbirlər görülüb.
"Operativ Media" xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.
Keçirilən monitorinq və səyyar laboratoriya vasitəsilə aparılan ölçmə işləri zamanı Bakı şəhərində fəaliyyət göstərən "Romance Palace", "Grace Hall", "Meridian", "Grand Neon" və "Sapfir" şadlıq saraylarından havaya atılan tullantıların miqdarının normadan artıq olduğu müəyyən edilib.
Faktlarla bağlı şadlıq saraylarının sahibləri barəsində protokol tərtib olunub və onlar vəzifəli şəxs qismində cərimələnib.
Teqlər:
"Bakıda məşhur şadlıq sarayları havanı çirkləndirdikləri üçün cərimələnib"