https://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 8 ° C

ETX media qurumlarına xəbərdarlıq edib

14 Mart 2023 , 16:06
53
ETX media qurumlarına xəbərdarlıq edib

Son günlər Azərbaycanda media qurumlarına məxsus sosial şəbəkə və sosial media platformalarındakı hesabların ələ keçirilməsi halları müşahidə edilir.

 "Operativ Media" xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) məlumat yayıb.

Qurumun apardığı ilkin araşdırma nəticəsində məlum olub ki, hesablar fişinq və digər hücumlar nəticəsində ələ keçirilir. Bəzən istifadəçilərin e-poçt və sosial şəbəkə hesablarının mesaj bölməsinə şifrin dəyişdirilməsi, sosial şəbəkə və sosial media platformasında qayda və şərtlərin yenilənməsi ilə bağlı saxta keçidlər göndərilir. Həmin keçidlərə daxil olan istifadəçilərin hesab məlumatlarını qarşı tərəfə təqdim etmələri onların hesablarının oğurlanması ilə nəticələnir.

ETX istifadəçilərə sosial şəbəkə hesablarının və sosial media platformalarının təhlükəsizliyinin təmin olunması məqsədilə bunları tövsiyə edib:

- Şübhəli mənbələrdən göndərilən keçidlərə daxil olmayın;

- Çətin və unikal şifrlərdən (https://bit.ly/3LrQROW), eləcə də ikimərhələli autentifikasiyadan (https://bit.ly/3JAPJav) istifadə edin;

- Sosial şəbəkə hesabları vasitəsilə üçüncü tərəf tətbiqlərə və saytlara giriş imkanı verərkən diqqətli olun;

- İctimai və ortaq istifadə edilən cihazlarda sosial şəbəkə hesablarından çıxış edin.

Müvafiq təhlükə ilə qarşılaşan media qurumları “1654” qaynar xətti, www.cert.az saytı və [email protected] e-poçt ünvanı vasitəsilə ETX-yə müraciət edə bilər.

OXŞAR XƏBƏRLƏR
Ramazan ayının ilk gününün duası - İmsak və iftar vaxtı

Ramazan ayının ilk gününün duası - İmsak və iftar vaxtı

Oqtay Əliyevin öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb

Oqtay Əliyevin öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb

Bayramda əfv niyə olmadı? - AÇIQLAMA

Bayramda əfv niyə olmadı? - AÇIQLAMA

XƏBƏR LENTİ 0
  • 00:27

    Azərbaycan Avroviziya-2023-də birinci yarımfinalda çıxış edəcək
  • Dünən
    23:57

    Ərdoğan Putinlə danışıqlar aparacaq
  • Dünən
    23:18

    FED uçot dərəcəsini artırıb
  • Dünən
    22:02

    Şahzadə Uilyam Ukrayna sərhədi yaxınlığındakı hərbi bazaya səfər edib
  • Dünən
    21:50

    Ramazan ayının ilk gününün duası - İmsak və iftar vaxtı
    Ramazan ayının ilk gününün duası - İmsak və iftar vaxtı
  • Dünən
    21:42

    Şotlandiyada gəminin aşması nəticəsində 33 nəfər xəsarət alıb
  • Dünən
    21:31

    Rişi Sunak 433 min funt sterlinqə yaxın vergi ödəyib
  • Dünən
    21:21

    Oqtay Əliyevin öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb
Menyu